228 nəfər toylara buraxılmayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 307 toy şənliyinin monitorinqini həyata keçirib.
BAKU.WS xəbər verir ki, monitorinq 298 şadlıq sarayında, 9 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 12 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 228 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Oxşar xəbərlər
Ötən gün 999 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb
Ötən gün Daxili İşlər Nazirliyinin (DİN), Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Ba...