iOS-da YENİ SƏHV - "iPhone" və "iPad"da silinmiş şəkillər peyda oldu
iOS əməliyyat sistemində yeni səhv aşkar edilib. Belə ki, iOS 17.5-ə yeniləndikdən sonra istifadəçilər öz cihazlarında əvvəllər silinmiş fotoları tapmağa başlayıblar.
BAKU.WS "9to5Mac" portalına istinadən xəbər verir ki, istifadəçilər, "Photos" əlavəsində bir neçə il əvvəl silinmiş fotoşəkillərin peyda olduğunu iddia edirlər.
Bir istifadəçinin dediyinə görə, o, telefonunda çoxdan sildiyi 2010-cu ilə aid şəkilləri aşkar edib, lakin indi onlar iCloud-da bu yaxınlarda yüklənmiş kimi görünür. Başqa bir istifadəçi "iPhone"da çoxdan silinmiş intim fotoları aşkarlayıb.
Məlumata görə, silinmiş fotoşəkillər təkcə "iPhone"da deyil, "iPad"də də bərpa olunur. Lakin hazırda problem hələ geniş yayılmayıb.
Uzun illər əvvəl çəkilmiş və cihazın yaddaşında silinmiş fotoşəkillərin gözlənilmədən bərpası məlumatların məxfiliyi ilə bağlı bir çoxları arasında suallar yaradır. Üstəlik, şəkillər hətta qalereyadan silindikdən sonra faylların bir ay saxlanıla biləcəyi "Son Silinmişlər" qovluğunda belə tapılmayıb.
"Apple" hələ də vəziyyəti şərh etməyib.
Oxşar xəbərlər
Şəxsi hesablardan məlumatların oğurlanmasının səbəbləri açıqlanıb - ÇIXIŞ YOLLARI
Rəqəmsal texnologiyalara və internetə artan etibar bizneslər, hökumətlər və fərdlər üçün yeni imkanlar yaradır. Bununla paralel olaraq kibercinayətkarlar üçün z...