Bakı-Qəbələ-Bakı qatarları istirahət günləri hər iki istiqamətdə hərəkət edəcək
11
may
2024
13:48
Bu ilin 25 may tarixindən etibarən Bakı-Qəbələ-Bakı marşrutu üzrə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) qatarları şənbə və bazar günləri hər iki istiqamətdə hərəkət edəcək.
Bu barədə BAKU.WS-ə “Azərbaycan Dəmir Yolları”na istinadən xəbər verir.
“25 may tarixindən etibarən Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarlarımız şənbə və bazar günləri hər iki istiqamətdə hərəkətdə olacaq”, - məlumatda qeyd olunur.
Oxşar xəbərlər
Novruz bayramı ilə əlaqədar sərnişinlərə jest
"Azərbaycan Dəmir Yolları" QSC Novruz bayramı günləri üçün Bakı–Qəbələ–Bakı marşrutu üzrə əlavə 10 qatar reysi təyin edilib. BAKU.WS səhmdar cəmiyyətinə istinad...