SİZİN REKLAM BURADA!
055 213 76 73


Vyana Tibb Universitetinin alimləri qidaya duz əlavə etmək (həmçinin duzlu qidaların həddindən artıq istehlakı) ilə mədə xərçənginə tutulma riskinin 39% artması arasında əlaqəni müəyyən ediblər.

BAKU.WS-in məlumatına görə, araşdırmanın nəticələri "Gastric Cancer" jurnalında dərc olunub.

Alimlər 470 mindən çox böyük şəxsin sağlamlıq məlumatlarını təhlil ediblər. İştirakçılardan həmçinin hazırlanmış qidalara nə qədər tez-tez duz əlavə etdiklərini və duzlu qəlyanaltılar (çips, balıq, turşu tərəvəz) yediklərini bildirmələri xahiş olunub.

Tədqiqatçılar lazımi məlumatları topladıqdan sonra iştirakçıların monitorinqinə başlayıblar və bu monitorinq 11 il davam edib.

Nəticədə, süfrəsində tez-tez duzdan istifadə edənlərin mədə xərçənginə daha tez yoluxduğu ortaya çıxdı.

Alimlərin fikrincə, qidaya duz əlavə etmək bu xəstəliyə tutulma riskini 39%-dən çox artıra bilər.

Tədqiqatçılar həmçinin qeyd ediblər ki, mədə xərçənginin qarşısını almaq üçün duzdan tamamilə imtina etmək lazım deyil. Nadir hallarda yeməklərə duz əlavə etmək tədqiqatda risk faktoru hesab edilməyib.

BAKU.WS