SİZİN REKLAM BURADA!
055 213 76 73


Sosial şəbəkədə Qusar rayonunda meşəlik ərazidə ağacların kəsilməsi barədə iddialar irəli sürülüb. İddiaya görə, meşəlik ərazinin bir hissəsi hansısa vətəndaşa satılıb və orada ağacların kəsilməsi baş verib. 

Bu məsələni araşdırma məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu göndərdik. 

Qurumun Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə BAKU.WS-ə bildirdi ki, sosial şəbəkələrdə və mətbuatda gedən məlumatlarla bağlı əməkdaşlarımız dünən və bu gün ərazidə olublar, son aylara aid yeni ağac qırıntısı faktları aşkar edilməyib:

"Sözügedən ərazidə əvvəllər vətəndaşlar tərəfindən ağac kəsilməsi halları qeydə alınıb və tərəfimizdən müəyyən edilərək qanunvericiliyə uyğun tədbir görülüb.

Ərazidə olan bütün ağaclar hələ 2023-cü ildə tərəfimizdən nömrələnib və siyahılar səlahiyyətləri çərçivəsində preventiv tədbir görülməsi üçün yerli icra orqanlarına verilib, həmçinin yeni ağac kəsilməsi faktlarına yol verilməməsi üçün ərazi nəzarətə götürülüb".

BAKU.WS