Qəbələdəki Cotari kilsəsində Pasxa bayramı qeyd edilib - FOTO
Qəbələnin Nic qəsəbəsində Pasxa bayramı münasibətilə Cotari Kiləsinin qarşısında konsert proqramı təşkil olunub.
Tədbirdə azərbaycanlı müğənnilər Azərbaycanın milli musiqilərini ifa ediblər.
Tədbirdə, eyni zamanda Azərbaycanın Vətən müharibəsində şəhid olmuş əsgərlərin xatirəsinə həsr olunmuş şeirlər səsləndiriblər.
Eyni zamanda bayram tədbiri Müqəddəs Yelisey adına Cotari kilsəsində də baş tutub.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Alban-Udi, yəhudi, xristian, müsəlman icmalarının nümayəndələri iştirak ediblər.
Din adamları Pasxa bayramı ilə əlaqədar ayinlər keçirib, dualar oxuyublar. Onlar ibadətlərini və dini bayramlarını keçirmələri üçün yaradılan şəraitdən məmnunluqlarını ifadə edib, Azərbaycan dövlətinə təşəkkür ediblər.//Report
Qalereya
Oxşar xəbərlər
Bakının reytinqli məktəbləri cərimələndi - SİYAHI
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi paytaxtın Yasamal rayonunda yerləşən A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəbdə qida qəbulundan sonra...