Azərbaycanda YENİ YOL – 67 kəndi birləşdirəcək layihə - VİDEO
25
sen
2018
10:15
Bu il həyata keçirilən 67 kəndlərarası avtomobil yolu layihələrindən biri də məhz Qəbələ rayonunda Nic-Mıxılqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx yaşayış məntəqələrini əhatə edən və uzunluğu 18 km olan avtomobil yolunun yenidən qurulması layihəsidir.Bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə məlumat verilib. Bu barədə layihə boyu işlər artıq yekunlaşmaq üzrədir.
Nic-Mıxılqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx avtomobil yolu torpaq və çınqıl örtüklü olduğu üçün gediş-gəlişdə yaşanan çətinliklər yolun yenidən qurulması ilə geridə qalacaq.Ən əsası respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yoluna çıxış əldə olunmaqla 8 yaşayış məntəqəsinin hər birinə müasir infrastruktur, rahatlıq və abadlıq gələcək.
Bununla da yol boyu yaşayan 10 min nəfərdən artıq əhalinin gediş-gəlişi həm təhlükəsiz olacaq, həm də xeyli rahatlaşmaqla yük və sərnişin daşıması asanlaşacaq.
Bu amillər isə kənd təsərrüfatının və turizmin inkişafına müsbət təsir etməklə vətəndaşların sosial rifahının yüksəlməsinə səbəb olacaq.Layihəyə əsasən 18 km uzunluğa malik olan yol V texniki dərəcədən IV texniki dərəcəyə uyğun yenidən qurulur. Bunun üçün yolun eni 6-7 metrdən 10 metrə qədər genişləndirilib.
Yolun yararsız qruntu 34 min kub.m sahədə qazılaraq çıxarılıb, yola yararlı çınqıl materialı tökülərək genişləndirilib, genişləndirilmiş və bitki qatından təmizlənmiş ərazilərdə yenidən kipləşdirmə işləri aparılıb və 72 min kub.m sahədə yeni yol yatağı inşa edilib.
Daha sonra 170 min kv.m sahədə optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yol əsasının alt və üst layının layihədə nəzərdə tutulmuş qalınlıqlarda inşası aparılıb və yola 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənmsi işlərinə start verilib.Yolun hərəkət hissəsinin eni 6 metr nəzərə alınmaqla bu işlər 100 min kv.m-dən çox sahəni əhatə edir.
Yenidənqurma işləri çərçivəsində süni qurğuların inşası və əsaslı şəkildə bərpası da aparılıb.Belə ki, yol boyu mövcud avtomobil körpüləri və körpü məhəccərləri təmir edilib, yolun altından suların ötürülməsi üçün mövcud olan suötürücü borular bərpa olunub və müxtəlif diametrli 612 paqon-metr uzunluğunda metal, 72 paqon-metr dəmir-beton suötürücü boruların, həmçinin 42 paqon-metr uzunluğunda su keçidinin inşası işləri görülüb.
Bütün işlər tikinti norma və standartlarına uyğun olaraq, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır.\
Əraziyə cəlb olunmuş lazımi sayda qüvvənin köməkliyi ilə qısa müddətə tikinti işlərinin yekunlaşdırılması və yol boyu zəruri olan yerlərdə 98 ədəd yol nişanı və məlumatverici lövhə, 36 km göstəricisi və 720 ədəd siqnal dirəyi quraşdırıldıqdan, 69 km uzunluğunda yolcizgı və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkildikdən sonra yol tam müasir şəkildə yaxın vaxtlarda vətəndaşların istifadəsinə veriləcək.BAKU.WS
Oxşar xəbərlər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yol açılışında
Avqustun 26-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni salınan Dəmirçi-Lahıc avtomobil yolunun açılışında iştirak ediblər.Azər...