Bakı-Ağstafa-Bakı sürətli sərnişin qatarı Kürdəmirdə qısa müddət yolda qalıb - AÇIQLAMA
19
apr
2024
12:11
Bakı-Ağstafa-Bakı sürətli sərnişin qatarında yolun Kürdəmir rayonu ərazisindən keçən hissəsində qısa müddət yolda qalıb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, Ağstafa istiqamətində hərəkət edən qatar Kürdəmirdə dayanıb. Sərnişinlər 30 dəqiqəyə yaxın gözləməli olublar.
Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyətindən (QSC) BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, hadisəyə səbəb elektrik təchizatının verilməsində yaranmış qısa fasilə olub. Hazırda qatar hərəkətini davam etdirir.
Oxşar xəbərlər
“Başqası ilə getsinlər” - Pik saatları “səhv salan” ekspres qatarı kimə lazım idi? + FOTO
Bu gündən “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı-Sumqayıt-Bakı ekspres qatarı fəaliyyətə başlayıb. Ekspres qatarı heç bir stansiyada dayanmadan birbaşa hərəkət...