Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO
19
apr
2024
11:48
Fövqəladə Hallar Nazirliyində növbəti kadr təyinatı olub.
BAKU.WS manset.az-a istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə, Mülki Müdafiə Qoşunlarının Təşkilati səfərbərlik bölməsinin rəisi polkovnik-leytenant Hikmət Məhi oğlu Hacıyev Mülki Müdafiə Qoşunlarının kadrlar şöbəsinin rəisi təyin olunub.
Qeyd edək ki, H.Hacıyev bir müddət öncə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.
Oxşar xəbərlər
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları təltif edilib - SİYAHI
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları təltif edilib. BAKU.WS xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla Azərbayca...