SİZİN REKLAM BURADA!
055 213 76 73



Bir çox kafe və restoranlarda ofisiantları həm qabyuyan, həm də yer silən kimi işlədirlər. Onlar 15-16 saat işlədildiklərini, müqabilində isə az maaş aldıqlarını deyir. Bu da azmış kimi məcburi əməyə cəlb edilirlər. Bəs işçiləri məcburi əməyə cəlb edənləri hansı cəza gözləyir? 

BAKU.WS xəbər verir ki, bu video müraciəti "Xəzər Xəbər”ə göndərən ofisiantlar iş yerlərində məcburi əməyə cəlb edildiklərini iddia edirlər. Bildirirlər ki, bir çox kafe və restoranlarda ofisiantlara digər işlər də gördürülür. Gənclər iddia edir ki, 15-16 saat işlədildikdən sonra cüzi maaş alırlar. Ofisiantlardan əlavə hətta aşbaz qadın da həm qab yuyur, həm yer silir.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən isə bildirirlər ki, personalın aid olmayan işlərə məcbur edilməsi inzibatı xəta saylır. Buna görə obyekt sahiblərini 1000 manatdan 2000 manata qədər cərimə gözləyir.

Xidmətin sektor müdiri Emil Allahverdiyev deyir ki, işdə belə məcburiyyətlərlə qarşılan işçilər 142 çağrı mərkəzinə zəng vuraraq məlumat verməlidir.

Gənclərin video müraciəti belə hallara yol verən sahibkarlar üçün yəqin ki, bir siqnal olacaq. Çünki ofisiantın həm də təmizlik işlərinə cəlb olunması həm əmək hüquqlarına, həm də gigiyenik qaydalara ziddir.
 
Aynur Ələkbrova
BAKU.WS