Almaniyada deportasiya böhranı: miqrantların ölkədən çıxarılması azalıb

Almaniyada deportasiya böhranı: miqrantların ölkədən çıxarılması azalıb
Dünya 18

Almaniyada hökumətin deportasiyaların artırılması ilə bağlı planlarına baxmayaraq, 2026-cı ilin ilk yarısında ölkədən çıxarılan əcnəbilərin sayı əhəmiyyətli dərəcədə azalıb.

BAKU.WS Almaniya Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən xəbər verir ki, yanvar-iyun aylarında 9 663 deportasiya həyata keçirilib. Bu, ötən ilin eyni dövründə qeydə alınan 11 807 deportasiya ilə müqayisədə təxminən 18 faiz azdır.

Nəşr qeyd edib ki, hakim koalisiyanın razılaşmasında nəzərdə tutulan "geri qayıdış kampaniyası" hələlik gözlənilən nəticəni verməyib.

Xristian Demokrat İttifaqı və Xristian Sosial İttifaqının (XDİ/XSS) nümayəndəsi Aleksandr Tromun sözlərinə görə, deportasiyaların azalmasının səbəblərindən biri digər Avropa İttifaqı ölkələrinə həyata keçirilən "Dublin proseduru" çərçivəsində geri qaytarmaların sayının azalmasıdır.

Almaniyanın federal torpaqları isə deportasiyaların artırılması üçün Berlindən daha fəal addımlar atmasını tələb edir. Hamburqun daxili işlər naziri Endi Qrote bildirib ki, xüsusilə Əfqanıstan və Suriyaya müntəzəm deportasiyaların həyata keçirilməsi üçün əsas şərtlərin təmin olunması federal hökumətin səlahiyyətindədir.

2025-ci ilin sonuna olan məlumata görə, Almaniyada ölkəni tərk etməli olan 232 067 nəfər qeydə alınıb.

Deportasiya qərarlarının icrasına cavabdeh olan federal torpaqlar isə miqrantların mənşə ölkələri ilə əlaqələrin qurulması, zəruri sənədlərin əldə edilməsi və uçuşların təşkilində federal hökumətdən asılıdır.

Digər problem miqrantların digər Aİ ölkələrinə qaytarılması ilə bağlıdır. "Dublin proseduru" çərçivəsində göndərilən 36 min sorğudan yalnız təxminən 5 400-ü üzrə faktiki geri qaytarma həyata keçirilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər