Azərbaycanda 9 aylıq körpənin ölümü ilə bağlı ŞOK İDDİA - VİDEO
Azərbaycanda 9 aylıq uşaq nəfəs çatışmazlığından vəfat edib.
Şirvan sakini 2023-cü il təvəllüdlü Rzazadə Səma Hacıbala qızı nəfəs çatışmazlığı səbəbindən xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib.
Uşağın atası Hacıbala Bayramov qızının həkim səhlənkarlığı səbəbindən dünyasını dəyişdiyini iddia edir.
Məsələ ilə bağlı Şirvan Şəhər Mərkəzi Xəstəxanasından "Xəzər Xəbər"ə şifahi olaraq bildirilər ki, 9 aylıq qız uşağı bu gün səhər saat 07:30 radələrində TƏBİB-in tabeliyindəki Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili təxirəsalınmaz tibbi yardım şöbəsinə ölü vəziyyətdə daxil olub.
Faktla bağlı Şirvan Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
TƏBİB-in idarə olunması qaydası müəyyənləşib
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) idarə olunması qaydası müəyyənləşib. BAKU.WS xəbər verir ki, Prezident İlham Əliyevin TƏBİB-in nizamnaməsin...