SİZİN REKLAM BURADA!
055 213 76 73


Bərdənin Məmmədli kəndi uzun müddətdir asfalt üzünə həsrət qalıb.

Sakinlər bildiriblər ki, aidiyyəti orqanlara müraciət etsələr də, heç bir nəticəsi olmayıb:

“Kəndimizə təcili tibbi yardım, taksi gəlmir. Neçə dəfə bu kənddə ev yanıb. Yanğınsöndürənlər yanıb qurtarandan sonra gəlib çata biliblər”.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, qeyd edilən kənd yolu təmiri nəzərdə tutulan avtomobil yollarının siyahısına daxil edilib. Bununla bağlı yaxın gələcəkdə təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunacaq.

Qeyd edək ki, sözügedən yol Yevlax-Ağcabədi magistral avtomobil yolunu da birləşdirir.

Daha ətraflı Baku TV-nin süjetində:

BAKU.WS
VİDEO