SİZİN REKLAM BURADA!
055 213 76 73


Sabah paytaxt Bakıda zəif və az səviyyəli geomaqnit qasırğası müşahidə olunacaq.

BAKU.WS xəbər verir ki, zəif səviyyəli qasırğa bu gecə saat 3-dən etibarən hiss edilməyə başlayacaq, səhər saat 9-a qədər davam edəcək.

Həmçinin, martın 20-si günorta 12:00-da az səviyyəli geomaqnit qasırğası başlayacaq, 15:00-a qədər davam edəcək. Saat 18:00-da səngiyəcək.

Geomaqnit qasırğası meteohəssas, yaşı 60-dan yuxarı olanlar və hər hansı bir xəstəliyi olan insanlarda narahatlıq yarada bilər. Belə günlərdə başağrısı, başgicəllənmə, ürəkbulanma, əzələ və oynaqlarda ağrı və yuxusuzluq halları baş verə bilər.

Geomaqnit qasırğasının sağlamlığa mənfi təsirini azaltmaq üçün telefon, kompüter, planşet, televizor kimi əşyalardan minimum istifadə edilməlidir.

BAKU.WS