Yasamalda tonqala düşən uşaqlarla bağlı RƏSMİ AÇIQLAMA - VİDEO - YENİLƏNİB

Yasamalda tonqala düşən uşaqlarla bağlı RƏSMİ AÇIQLAMA - VİDEO - YENİLƏNİB
Video
Sosial 5

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 12.03.2024-cü il tarixində saat 20:22-də Nizami rayonu, İ.Məmmədov 17 ünvanından və 20:51-də Yasamal rayonu, Şərifzadə küçəsi ünvanından tonqalda xəsarət alma ilə bağlı 2 müraciət daxil olub.

Bu barədə TƏBİB-dən BAKU.WS-in sorğusuna cavab olaraq məlumat verilib. Bildirilib ki, hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib.

Xəsarət alan 4 yaşlı (kişi cinsli) azyaşlı hər iki qolun termiki yanığı, 17 yaşlı (kişi cinsli) şəxs isə hər iki əlin termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya olunub.

***08:46

Yel çərşənbəsində tonqaldan tullanan azyaşlılar toqquşaraq alova yıxılıblar.

BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Belə ki, Bakının Yasamal rayonundakı məhəllələrin birində çərşənbə münasibəti ilə qalanan tonqalda iki azyaşlı toqquşaraq xəsarət alıb.

Həmin görüntüləri təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər