Hakimliyə namizədlərlə yekun müsahibələr keçirilib
Test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçərək ilkin tədris kursunu, o cümlədən məhkəmələrdə stajkeçməni uğurla başa vurmuş hakimliyə namizədlərlə Hakimlərin Seçki Komitəsi tərəfindən yekun müsahibələr keçirilib.
"Report" xəbər verir ki, yekun müsahibədə namizədlərin uzunmüddətli tədris kursunun proqramını mənimsəmə səviyyəsi, onların hüquq sahəsində nəzəri və praktiki biliklərini tətbiqi etmək bacarığı və ümumi dünyagörüşü, hakim işləmək üçün zəruri olan keyfiyyətlərə yiyələnməsi Komitə tərəfindən qiymətləndirilib, 27 hakimliyə namizəd yekun müsahibədə müvəffəqiyyət qazanıb, onların qiymətləndirilməsinin nəticələri və ixtisaslaşmaları barədə rəylər Məhkəmə-Hüquq Şurasına təqdim olunub.
Qanunvericiliyə uyğun olaraq 29.03.2024-cü il tarixdə Şura tərəfindən namizədlərlə söhbət və ixtisaslaşma aparılacaq.
Müsabiqədə uğur qazanmış hakimliyə namizədlərin SİYAHISI
| № | Soyadı, adı, atasının adı |
| 1 | Abbasova Ellara Həsən qızı |
| 2 | Abdullayev Coşqun Şamil oğlu |
| 3 | Abdullayev Fərman Firidun oğlu |
| 4 | Abdullayev Ziya Yaşar oğlu |
| 5 | Axundova Aynur Oqtay qızı |
| 6 | Cabbarlı Xatın Mahir qızı |
| 7 | Xəlil Ülkər Abdurahman qızı |
| 8 | İsmayılov Roman İsmayıl oğlu |
| 9 | Kərimov Arzuyar Sadıq oğlu |
| 10 | Kərimov Taleh Etibar oğlu |
| 11 | Kərimova Firuzə Şahin qızı |
| 12 | Qasımov Vüqar İnqilab oğlu |
| 13 | Quliyeva Rəşidə Paşa qızı |
| 14 | Mahmud Orxan Əlövsət oğlu |
| 15 | Mansırov Elçin Fəxrəddin oğlu |
| 16 | Mehdiyev Rahid Baxşəli oğlu |
| 17 | Məmmədli Samirə Məhəmməd qızı |
| 18 | Məmmədli Səkinəxanım Naib qızı |
| 19 | Miriyeva Həbibə Novruz qızı |
| 20 | Oruclu Aydan Adəm qızı |
| 21 | Rəsulova Mədinə Camal qızı |
| 22 | Seyidov Mirsadiq Mirsəttar oğlu |
| 23 | Tağıyeva Ruhiyə Nadim qızı |
| 24 | Vəliyev Osman Akif oğlu |
| 25 | Vəliyeva Ayşən Umud qızı |
| 26 | Vəliyeva Elnarə Fəxrəddin qızı |
| 27 | Zeynalov Yusif Səmədağa oğlu |
Oxşar xəbərlər
Əlillik 7 əsas kateqoriya üzrə müəyyənləşəcək
Əlillik həyat fəaliyyətinin 7 əsas kateqoriya üzrə məhdudlaşma dərəcələri əsasında müəyyən olunacaq. Bu barədə BAKU.WS-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazir...