22 yaşlı Nurlana bizdən kömək istəyir - Onun səsinə SƏS VERƏK
10
may
2019
12:15
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
22 yaşlı gənc qız əməliyyat olunmazsa ömürlük əlil arabasına möhtac qala bilər.BAKU.WS xəbər verir ki, 22 yaşlı (1996) Nurlana Zərbəliyevanın anadangəlmə omba-çanaq çıxığı var. Yaş artdıqca çanaq deformasiyaya uğrayıb.Nurlana bu problemə görə bir dəfə bir ayağından əməliyyat olunub. İndi isə ikinci ayağından əməliyyat olunmalıdır. Bu əməliyyata 6000 manat tələb olunur.Nurlana saytımıza açıqlamasında bildirdi ki, gəzərkən şiddətli ağrılar çəkməsinə baxmayaraq marketlərin birində işləyir. Bütün günü ayaq üstə işləməyə məcbur qalan gənc qız ağrılar üzündən gecələri də yata bilmir. Nurlananın əməliyyatını həyata keçirəcək cərrah tələb olunan pulun 1/3 hissəsini - 2 min manatını öz üzərinə götürüb. Digər 1/3 hissəsini anası bankdan kredit götürməyi nəzərdə tutub. Yəni Nurlananın hazırda 2 min manata ehtiyacı var.Nurlana olduqca imkansız ailənin üzvüdür. Atası vəfat edib, anasının qazancı isə gündəlik tələbatlarını çətinliklə qarşılayır.Bu məbləği toplamaq üçün hesab nömrəsi açılıb: Kapitalkart - MS.NURLANA ZARBALIYEVA 4169 7332 1253 8073 Zülfiyyə Qurbanova
Qalereya
Oxşar xəbərlər
İlqar Muradov əlil arabasına məhkum olan müğənni üçün göz yaşı tökdü - VİDEO
Daha bir müğənni "Həyat" verilişinə üz tutaraq kömək istəyib.BAKU.WS xəbər verir ki, 8 il əvvəl keçirdiyi avtomobil qəzası nəticəsində əlil olan 1966-cı il təvə...