Nurlana ATV-dən getdi: "Artıq inkişaf etməyin vaxtıdır" - FOTOLAR
Aparıcı Nurlana Cəfərova ATV-dən getdi.
BAKU.WS Axşam.az-a istinadən xəbər verir ki, o, bundan sonra AzTV-də çalışacaq. N.Cəfərova əməkdaşımızla söhbətində bildirib ki, yeni verilişi AzTV-nin nəzdində fəaliyyət göstərən "Mədəniyyət" kanalında efirə gedəcək:
""Görüş yeri" adlanan proqram yanvarın 23-dən etibarən efirə gedəcək. 11 ildir ATV-də çalışıram. Artıq inkişaf etməyin vaxtıdır.
Dövlət kanalından təklif gəldi, mən də razılaşdım. 3,5 il 106 FM-də direktor vəzifəsində işlədim. Son vaxtlar direktorluqdan uzaqlaşdım, radio aparıcısı kimi çalışırdım. Artıq radio ilə də yollarımı ayırdım".
BAKU.WS
Oxşar xəbərlər
ANS bağlandıqdan sonra AzTV-yə keçən əməkdaşlar – SİYAHI
Lisenziyası ləğv edilmiş ANS televiziyasının 5 aparıcısı Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AZTV) işə başlayıblar. BAKU.WS...