SİZİN REKLAM BURADA!
055 213 76 73



McDonald's Azərbaycan və CinemaPlus kinoteatrlar şəbəkəsi birlikdə yeni aksiyaya start verib.

BAKU.WS xəbər verir ki, "Dadlı Süjetli Təklifin" çərçivəsində müştərilərə cəmi 9 manat 90 qəpiyə özündə McDonald's məhsulları və CinemaPlus-dan hədiyyələri birləşdirən bir menyunu almaq təklif olunur. Yeni CinemaPlus menyusuna daxildir: 1 burger (Big Mac və ya McChicken), 1 orta Frenç Frayz, 1 orta sərinləşdirici içki, kinoya 1 bilet və 1 3D eynəyi. Beləliklə, McDonald's həvəskarları restorana baş çəkib, əldə edilmiş bilet və 3D eynəyi vasitəsilə sevdikləri CinemaPlus kinoteatrlarının birində istənilən filmi izləyə bilərlər. 

Qeyd etmək lazımdır ki, McDonald's Azərbaycan və həmçinin, CinemaPlus kinoteatrlar şəbəkəsi öz müştərilərini yüksək qiymətləndirib, onlara daim əla xidmət göstərib, faydalı və münasib qiymətli təkliflərlə sevindirməyə davam edir. 

Aksiya haqqında daha ətraflı məlumatı əldə etmək üçün www.mcdonalds.az və www.cinemaplus.az  saytlarına daxil ola bilərsiniz.
 
BAKU.WS