“CinemaPlus Azerbaijan” da möhtəşəm kinomarafon keçiriləcək

“CinemaPlus Azerbaijan” da möhtəşəm kinomarafon keçiriləcək
Şou-biznes 969
 

"CinemaPlus Azerbaijan” kinoteatrında yanvarın 13-dən 14-nə keçən gecə üç filmin iştirakı ilə kinomarafon keçiriləcək.

BAKU.WS xəbər verir ki, saat 23:30-dan səhər saat 6:00-dək qonaqlar üçün "Pis Santa”, "Yolkalar 5” və "La-La Lend” filmləri nümayiş olunacaq.

Seanslar arası fasilələrdə hamını musiqi müşayiəti ilə Yeni İl ab-havası gözləyir. Həmçinin furşet masası, alkoqollu və alkoqolsuz içkilər olacaq və müsabiqələr keçiriləcək. Biletləri "CinemaPlus Azerbaijan” kinoteatrının kassalarından əldə etmək olar. Köhnə Yeni İli bizimlə qeyd et! Biletin qiyməti: 25 AZN. VIP 40 AZN Əlavə məlumat: 012 499 89 88 və ya 119

"CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.

BAKU.WS

Son xəbərlər