Azərbaycanda Ramazan ayının başlaması ilə bağlı fətva verilib

Azərbaycanda Ramazan ayının başlaması ilə bağlı fətva verilib
Sosial 2

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Azərbaycanda Ramazan ayının başlaması ilə bağlı fətva verib.

BAKU.WS-in məlumatına görə, fətvada mübarək Ramazan ayının başlanması münasibətilə dünya və ölkə müsəlmanları təbrik edilib.

Bildirilib ki, Azərbaycanda Ramazan ayı martın 11-də başlanır, martın 28-i və 30-u, aprelin 1-i və 5-i Qədr gecələridir.

Fətvada vurğulanıb ki, on bir ayın sultanı olan Ramazanın gəlişi Azərbaycan xalqı üçün bu il də çox əlamətdardır: "Çünki bu mübarək ayı Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfər sevinci ilə yanaşı, separatçı rejimin süqutu - müqəddəs bayrağımızın Xankəndidə dalğalanması qüruru ilə qarşılayırıq. Müstəqillik tariximizdə ilk dəfə ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilərində qalib Xalq - qalib Lider seçiminin qələbə sevinci bu Ramazanda xeyir-dualarla yad ediləcək".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

QMİ Ramazan ayı ilə bağlı fətva verib

QMİ Ramazan ayı ilə bağlı fətva verib

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Ramazan ayı ilə bağlı fətva verib. BAKU.WS mətni təqdim edir: "Bismillahir-rəhmanir-rəhim! Qafqaz Müsəlmanları İdarəs...

378 Sosial 16:49 21 mart 2023

Son xəbərlər