SİZİN REKLAM BURADA!
055 213 76 73


M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 72,5-ci kilometrində yeni yerüstü piyada keçidi tikilir.
 
BAKU.WS Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, layihə üzrə keçidin ümumi uzunluğu 48,6 metr, eni 3 isə metrdir.
 
Yol səviyyəsindən hündürlüyü 5,5 metr olan keçid metal konstruksiyalıdır. Hazırda layihə üzrə keçidin aşırım hissəsinin quraşdırılması işləri aparılıb.
 
Layihə çərçivəsində avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub.
BAKU.WS