5 İLƏDƏK DƏYİŞMƏZ 14,5%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ 40.000 MANATADƏK KREDİT

 
İqtisadiyyat Nazirliyi "Azəri” korporasiyasına həmin müəssisənin 2016-cı ilin iyulundan Şəkidə istehsal etdiyi filtrsiz "Pramida” siqaretinin satışını qadağan edib. 

BAKU.WS Contact-a istinadən xəbər verir ki, bu barədə "Azad İstehlakçılar” İB-nin rəhbəri Eyyub Hüseynov bildirib.

Filtrsiz siqaret istehsalı faktının araşdırılması "Azad İstehlakçılar” İB-nin Nazirlər Kabinetinə müraciətindən sonra başlayıb.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Xidməti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin cavab məktubunda qeyd edilir ki, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə 14 dekabr 2016-cı ildən "Azəri” korporasiyasına filtrsiz siqaret istehsalı üçün 16 iyul 2016-cı ildə verilən gigiyena sertifikatı ləğv edilib.

"Filtrsiz siqaret istehsalının qadağan edilməsi istehlakçıların qələbəsidir. İndi növbə bu siqaretləri satışdan yığışdırmalı olan Antiinhisar Xidməti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinindir”, - deyə Eyyub Hüseynov bildirib.