Kivinin ən önəmli faydası: 4 gün ərzində...

Kivinin ən önəmli faydası: 4 gün ərzində...
Sosial 5

Araşdırma nəticəsində kivi yeməyin yalnız dörd gündə sizi pis əhval-ruhiyyədən çıxara biləcəyini göstərib.

BAKU.WS xarici araşdırmalara istinadən xəbər verir ki, kivi yemək bizə C vitamini əlavələrindən daha sürətli və daha uzun müddətli güc verir.

Yeni Zelandiyanın Otaqo Universitetindən bir araşdırma qrupu, C vitamini səviyyəsi aşağı olan 155 yetişkin insanın səkkiz həftə ərzində pəhriz saxlamasını təşkil edib.

İştirakçılar gündə C vitamini əlavəsi və ya iki kivi qəbul ediblər.

Daha sonra sorğu anketləri vasitəsilə onların canlılığı, əhval-ruhiyyəsi, yuxu keyfiyyəti və fiziki aktivliyi ölçülüb.

"British Journal of Nutrition"da dərc olunan nəticələr kivi meyvəsinin dörd gün ərzində canlılığı və əhval-ruhiyyəni yaxşılaşdırdığını göstərib.

Araşdırmaya görə, kivi istehlakının təsiri və buna görə də C vitamini qəbulunun artması 14-16 gün ətrafında pik həddə çatır.

Oxşar xəbərlər

Çiyələk yeməyin vacib səbəbləri - FOTO

Çiyələk yeməyin vacib səbəbləri - FOTO

May ayından bəri görkəmi ilə piştaxtaları bəzəyən və qoxusu ilə hər yaşdan bir çox insanın yeməkdən çəkinə bilmədiyi çiyələyin bir çox faydaları var. Yaz və yay...

126 Sosial 16:15 04 fevral 2024

Son xəbərlər