Bakı metrosundan istifadə edənləri sevindirəcək qərar

Bakı metrosundan istifadə edənləri sevindirəcək qərar
Sosial 1776

Sabah Bakı Metropoliteni gecə saat 1-ə qədər işləyəcək. Bakı Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin BAKU.WS-ə verdiyi məlumata görə, bununla bağlı "Qarabağ” futbol komandası Bakı Metropoliteninə müraciət edib. "Müraciət metronun bağlanış saatının artırılması ilə bağlıdır. "Qarabağ” komandasının sabah "Anderlext” klubu ilə keçirəcəyi oyun gecə saat 12-də bitəcək. Komanda metronun işləmə vaxtının saat 1-ə qədər uzadılmasını xahiş edib. Bakı Metropoliteni onların xahişini nəzərə alaraq sabah keçiriləcək "Qarabağ” - "Anderlext” qarşılaşması ilə əlaqədər metro gecə saat birə qədər işləyəcək”, - deyə Nəsimi Paşayev bildirib. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Bakı metrosundan istifadə edənlərə şad xəbər

Bakı metrosundan istifadə edənlərə şad xəbər

Bakı metropoliteninin tikilməkdə olan yeni metrostansiyalarından olan "Avtovağzal” ərazisində piyada körpüsü salınacaq. Bakı metropoliteninin mətbuat xidmətini...

2519 Sosial 17:10 02 sentyabr 2015

Son xəbərlər