Azərbaycanlılar daha çox hansı ölkə vətəndaşlarını seçir?
06
fev
2024
17:53
2023-cü ildə qeydiyyat orqanlarında 54.165 nikah dövlət qeydiyyatına alınıb.
Bu barədə Qafqazinfo-nun sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.
Eyni zamanda bildirilib ki, 2023-cü ildə qeydiyyat orqanlarında Azərbaycan Respublikasının vətəndaşı olan 1.133 qadının və 1.070 kişinin əcnəbi ilə nikahı dövlət qeydiyyatına alınıb.
Rəsmi məlumata görə, Azərbaycan vətəndaşlarının Rusiya Federasiyası, Türkiyə, Gürcüstan və Ukrayna vətəndaşları ilə nikahının qeydə alınması üstünlük təşkil edib.
Oxşar xəbərlər
Nazir və komitə sədrlərinin qəbuluna düşmək istəyən vətəndaşların NƏZƏRİNƏ: Cədvəl açıqlandı
Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2023-cü ilin noyabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşl...