SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanda siqaretlərin qiyməti qəfil bahalaşıb. 
 
BAKU.WS-in məlumatına görə, paytaxtın bütün mağazalarında satılan siqaretlerin qiyməti təxminən 20-40 qəpik arasında bahalaşıb. 
 
Əldə etdiyimiz məlumata görə, bu gündən etibarən siqaret firmaları mağazalara mal verməkdən imtina edib. Bildirilir ki, müvafiq qanunlara edilən dəyişikliklərlə əlaqədar olaraq artıq firmalar mağazalara siqareti nağdsız qaydada satmağa başlayıb. 
 
Məhz bu səbəbdən mağazalardan siqaretləri kart vasitəsi ilə alması tələb olunur. 
 
Şahin Həbibov
BAKU.WS