Şimal bölgəsində ən yaşlı seçicinin 103 yaşı var
30
yan
2024
12:42
Şimal bölgəsinin ən yaşlı seçicisi Şabran rayonunun Ağbaş kəndində yaşayan Meynas Maqsudovadır.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, Meynas Maqsudova fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində 56 saylı Şabran-Xaçmaz seçki dairəsinin 30 saylı məntəqəsində səs verəcək.
Bir əsrdən çox yaşayan Meynas nənənin ailəsində 10 övlad, 35 nəvə, 80-dən çox nəticə və 10-dan çox kötükcə böyüyüb.
Ümumilikdə, şimal bölgəsində səkkizi qadın, biri kişi olmaqla, yaşı yüzü keçən 9 seçici var.
Oxşar xəbərlər
Azərbaycanın ən yaşlı kişi seçicisinin 109 yaşı var
Azərbaycanda ən yaşlı kişi seçicinin 109 yaşı var. BAKU.WS Secki-2024.az saytına istinadən xəbər verir ki, o, 1915-ci il təvəllüdlü İbrahimov Hilal İsa oğludur...