Sumqayıt-Bakı elektrik qatarı yolda qalıb? - RƏSMİ AÇIQLAMA
29
yan
2024
11:56
Bu gün saat 09:35-də Sumqayıtdan hərəkət edən sürətli sərnişin qatarı 4 dəqiqə gecikmə ilə Bakıya çatıb.
Bu barədə BAKU.WS-ə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.
Belə ki, qatarın gecikməsinə səbəb Biləcəri stansiyasındakı işıqforun bir müddət qırmızı göstərməsi olub:
"Biləcəri stansiyasında 4 dəqiqə gözlədikdən sonra Sumqayıt-Bakı qatarı yola düşüb. Qatarın yolda qalması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir və narahatçılığa əsas yoxdur".
Oxşar xəbərlər
Bakıda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
Vahid Dispetçer Xidmətinin bu gün axşam pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 65...