AZAL Bakıdan Kəraçiyə uçuşlara başlayır

AZAL Bakıdan Kəraçiyə uçuşlara başlayır
Sosial 3

“Azərbaycan Hava Yolları” (AZAL) QSC aviaşirkəti aprel ayından etibarən Pakistanın ən böyük şəhəri Kəraçiyə birbaşa uçuşlar həyata keçirməyə başlayacaq.

BAKU.WS-in AZAL-a istinadən verdiyi məlumata görə, şirkətin Bakıdan Kəraçi şəhərinə ilk reysi aprelin 18-nə planlaşdırılıb. Bu marşrut üzrə uçuşlar həftədə iki dəfə – cümə axşamı və bazar günləri yerinə yetiriləcək.

Kəraçini turistlər üçün maraqlı edən onun Pakistanın tarixi və mədəni mərkəzi olmasıdır.

Qeyd edək ki, hazırda aviaşirkət Pakistanın digər iki şəhərinə – İslamabad və Lahora uçuşlar həyata keçirir.

Uçuş cədvəli ilə tanış olmaq və aviabiletləri əldə etmək üçün aviaşirkətin rəsmi

www.azal.az saytına keçid ala və ya mobil tətbiqinə daxil ola bilərsiniz.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

AZAL Novruz bayramı ərəfəsində Avropaya uçuşların sayını artırır

AZAL Novruz bayramı ərəfəsində Avropaya uçuşların sayını artırır

“Azərbaycan Hava Yolları” QSC (AZAL) mart ayından - Novruz bayramı ərəfəsində Avropaya yerinə yetirdiyi uçuşların sayını artıracaq. Bu barədə AZAL-dan bildirili...

10 Sosial 15:41 16 yanvar 2024

Son xəbərlər