SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə qeyri-sabit hava şəraitində şəhərətrafı və regionlar üzrə fəaliyyət göstərən sərnişin və yük qatarlarının endirilmiş sürət həddi bərpa olunub.
 
BAKU.WS xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məlumat yayıb.
 
"Sərnişinlərimizdən qış mövsümündə platformalarda hərəkət zamanı ehtiyatlı olmaları və dəmir yolu xətlərini keçən zaman müvafiq keçidlərdən istifadə etmələri xahiş olunur", - deyə məlumatda qeyd edilib.
BAKU.WS