Qızılca ilə bağlı qapanmalar ola bilər? - Tanınmış professordan VACİB AÇIQLAMA

Qızılca ilə bağlı qapanmalar ola bilər? - Tanınmış professordan VACİB AÇIQLAMA
Sosial 1

"Bu gün dünya ölkələrində qızızlca xəstəiyinin artım tendensiyası müşahidə edilir. Bu, təkcə vaksinasiyaya bağlı deyil".

Bu sözləri BAKU.WS-ə açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.

Onun sözlərinə görə, xəstəliklərə nəzarət və proflaktika üzrə dünyanın tibb mərkəzləri mövcud durumla bağlı araşdırma aparır: "Qızılca RNT daşıyıcı virus olduğuna görə onun mutasiyaya uğraması və yeni xassə sərgiləməsi mümkündür. Azərbaycada da bu yayılma var və mən mövcud durumu epidemik durum kimi görürəm.

Qızılca ilə bağlı qapanmalar ola bilər? - Tanınmış professordan VACİB AÇIQLAMA

Bəzi rayonlarda artıq qızılcanın yayılması ilə əlaqədar ölüm halları var. Hesab edirəm ki, həm kütləvi vaksinasiya aparılmalı, həm də proflaktik və karantin tədbirləri görülməlidir.

Bu məsələdə bizim valideynlərin günahı da az deyil. Çünki onlar vaxtında övladlarını vaksinasiyadan yayındırıblar. Valideynlər şayələrə inanaraq vaksinasiyadan övladını məhrum etdiyi üçün indi belə bir durumla üzləşmişik. Əslində vaksinasiya edilməyən uşaq həm özü, həm də ətraf üçün təhlükəlidir. Bu nəzərə alınmalı və peyvənlənmə prosesi getməlidir".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər