Pensiya alanlar üçün VACİB AÇIQLAMA - Yanvar ödənişi artımla olacaq?
Hər ayın 7 və 8-də pensiyalar verilir. 2024-cü ildən pensiyaların məbləğində artımlar olacaq. Bəs ödənişlər nə zaman veriləcək?
Bu sual ilə bağlı BAKU.WS-in “qaynar xətti”nə müraciətlər daxil olur.
Eyni zamanda, bu məsələ ətrafında sosial şəbəkələrdə də müzakirələr aparılır. Hətta deyilir ki, yanvar ayında ödənişlər 10-dan veriləcək. Həm də, pensiyalar artımla ödəniləcək.
Qeyd edək ki, hər il pensuya və təqaüd artımları yanvar ayından deyil, fevral ayından verilir. Yanvar ayının artım hissəsi də, fevral ayında kartlara yüklənir.
Məsələyə aydınlıq gətirmək üçün Dövlət Sosial Müdafiə Fondu ilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirildi ki, pensiya və təqaüdlərin gecikdirilməsindən söhbət gedə bilməz. Bu həftə yeni iş həftəsidir.
“Yaxın günlərdə əhaliyə ətraflı məlumat veriləcək”, - deyə qurumdan bildirilib.
Oxşar xəbərlər
Azərbaycanda işsizlər bu halda dövlətdən pul ala bilərlər
Bu günlərdə Dövlət Məşğulluq Agentliyi sosial şəbəkələrdə işsiz şəxslərə 200 manat ödənişin verilməsi ilə bağlı yayılan məlumatlarla bağlı açıqlama vermişdi və...