Gəncə terrorunda valideynlərini itirən Sevil Əliyevanın toyudur - FOTO/VİDEO
Bu gün Gəncə terrorunda valideynlərini itirən Sevil Əliyevanın toyudur.
BAKU.WS-in məlumatına görə, toy Gəncə şəhərindəki məkanlardan birində keçirilir. Sevil nişanlısı Talış bəylə evlənir.
Xatırladaq ki, ötən ilin dekabrında cütlüyün nikah mərasimi olub.
Sevilin ailə qurduğu gənc onu dağıntılar altından çıxaran sinif yoldaşıdır.
Qeyd edək ki, 2020-ci il oktyabrın 11-də Gəncəyə atılan raket nəticəsində hər iki valideynini itirən Sevil və 8 yaşlı qardaşı Hüseyni ana nənəsi himayəsinə götürüb. Sevil Əliyeva Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsində təhsil alır.
Oxşar xəbərlər
Gəncə terrorunda valideynlərini itirən Sevillə onu xilas edən nişanlısı danışdı - FOTO
Gəncə terrorunda valideynlərini itirən Sevil Əliyevanın nişan mərasimi olub. Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tut...