Bayram günləri paytaxtda avtomobil dayanacaqları pulsuzdur? - FOTO
01
yan
2024
16:37
Artıq yanvarın 1-i, 2024-cü ildəyik. Hər kəs Yeni il bayramını qeyd edir.
Bayramla bağlı olaraq ölkədə yanvar ayının 7-nə kimi tətildir.
BAKU.WS xəbər verir ki, istirahət və tətil günlərində rahatlığını düşünən hər kəs şəhərə şəxsi avtomobili ilə çıxır. Sürücüləri isə bir məsələ düşündürür, bayram günlərində avtomobil dayanacaqları pulsuz olacaqmı?
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov oxu.az-a bildirib ki, bayram günlərində də parklama pulludur:
“Yalnız bazar günləri, eləcə də saat 22:00-dan saat 7:00-dək parklama pulsuzdur”.
Oxşar xəbərlər
Parklanmaya görə cəriməni niyə DYP yox, AYNA yazır? - FOTO
Son günlər sosial şəbəkələrdə parklanma qaydalarını pozan sürücülərə cərimələrin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yazılması və ödənişlər...