Bayram günlərində ADY bu istiqamətdə əlavə reyslər təyin edib
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bayram tətili ilə əlaqədar artan sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə daha iki reys təyin edib.
BAKU.WS xəbər verir ki, bu barədə ADY-ya xəbər verir.
Məlumata görə, əlavə qatar reysləri yanvarın 4-də saat 7:50-də Bakıdan Ağstafaya, həmin gün saat 16:30-da Ağstafadan Bakıya həyata keçiriləcək.Bundan başqa, hər gün ənənəvi cədvəl üzrə, 31 dekabr, 1, 2, 3, 4, 5 və 6 yanvar tarixlərində isə əlavə reyslərlə Bakı-Ağstafa-Bakı marşrutunda qatarlar hərəkət edəcək.
Bildirilib ki, qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün “ADY Mobile” tətbiqini yükləyə və ya www.ady.az saytına keçid edə bilərsiniz.
Oxşar xəbərlər
ADY: "Ağstafa və Qəbələyə bayram günlərində əlavə qatar reyslərinin sayı artırılıb"
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) bayram günləri ilə bağlı artan sərnişin tələbatının qarşılanması məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə 26, 27, 28, 29,...