Azərbaycanda sərnişindaşıma artıb?

Azərbaycanda sərnişindaşıma artıb?
Sosial 1

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda yük və sərnişin daşımaları ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,9 % və 18,1 % çox olub.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Hesabat dövründə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 206,9 milyon ton yük daşıyıb. Yüklərin 4 %-i dəniz, 8,1 %-i dəmir yolu, 0,1 %-i hava, 57,7 %-i avtomobil nəqliyyatı, 30,1 %-i isə boru kəməri ilə daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 4,6 % artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 77,9 % təşkil edib.

11 ayda nəqliyyatçılar 1 732 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 88 %-i avtomobil nəqliyyatı, 11,4 %-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda sərnişindaşıma 39% artıb

Azərbaycanda sərnişindaşıma 39% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda yük və sərnişin daşımaları ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 12,3% və 38,9% çox olub. BAKU.WS xə...

69 Sosial 11:44 17 oktyabr 2022

Son xəbərlər