Azərbaycanda sərnişindaşıma 39% artıb

Azərbaycanda sərnişindaşıma 39% artıb
Sosial 69

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda yük və sərnişin daşımaları ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 12,3% və 38,9% çox olub.

BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.

Məlumata görə, 9 ay ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 157,6 milyon ton yük daşıyıb. Yüklərin 3,6%-i dəniz, 8,6%-i dəmir yolu, 0,2%-i hava, 57,1%-i avtomobil nəqliyyatı, 30,5%-i isə boru kəməri ilə daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 12,3% artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 77,9% təşkil edib.

Hesabat dövründə nəqliyyatçılar 1 165,2 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 87%-i avtomobil nəqliyyatı, 12,6%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər