Naxçıvan Mədəniyyət Nazirliyində kadr təyinatı olub

Naxçıvan Mədəniyyət Nazirliyində kadr təyinatı olub
Sosial 4

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi sistemində kadr dəyişiklikləri olub.

Qurumdan "Report"un yerli bürosuna bildirilib ki, muxtar respublikanın mədəniyyət nazirinin müavini Həsən Seyidovun müvafiq əmri ilə Şərur Rayon Mədəniyyət İdarəsinin müdiri Abbas Musayev vəzifədən azad olunub.

Nazirlik Aparatının İncəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin müdiri İman Alırzayev Şərur Rayon Mədəniyyət İdarəsinin müdiri vəzifəsinə gətirilib.

Digər əmrlə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının rejissoru, Prezident mükafatçısı Həcərxanım Məmmədova müddətli əmək müqaviləsi əsasında Naxçıvan Mədəniyyət Nazirliyi Aparatının İncəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin müdiri təyin olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda bu ərazilərdə avtomobillərin parklanması pulsuz olacaq

Bakıda bu ərazilərdə avtomobillərin parklanması pulsuz olacaq

Bakı şəhəri üzrə zonalar parklanma qiymətləri açıqlanıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Nəqliyyat vasitə...

936 Sosial 20:01 25 iyun 2023

Son xəbərlər