SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün İqtisadiyyat Nazirliyinin kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad edib.

Bu barədə BAKU.WS-ə nazirlikdən bildirilib.

"Bu gün müstəqil Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim H.Əliyevin vəfatından 20 il keçir. Siyasi iradəsi və yorulmaz fəaliyyəti sayəsində dövlətçiliyimizin xilaskarına çevrilmiş Ümummilli Lider daim dərin rəğbətlə anılır.

Ölkəmizdə siyasi və iqtisadi sabitliyin təmin edilməsi, iqtisadiyyatın yenidən qurulması və sürətli inkişafı Ulu Öndərin uzaqgörən siyasəti, mütərəqqi ideyaları və Vətənə olan sonsuz sevgisinin nəticəsidir. Azərbaycan dövlətinə və xalqına misilsiz xidməti ilə milli etalona çevrilmiş dahi şəxsiyyət H.Əliyev tarix boyu liderlik, müdriklik və vətənpərvərlik rəmzi olaraq xatırlanacaq!", - deyə məlumatda qeyd olunub.

BAKU.WS
QALEREYA