VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

NETTY 2023-ün Azərbaycanın Milli internet-mükafatının nominantları müəyyən edilib.

İştirakçıların ümumi sayından Virtual Münsiflər Heyətinin və Ekspert Şurasının səsverməsi nəticəsinə görə mükafatın nominantları olan saytlar, səhifələr və tətbiqlər seçilib.

Nominantların yekun siyahısı ilə mükafatının saytında https://www.netty.az/az/nominants tanış olmaq olar. Müsabiqə qaliblərinin müəyyən edilməsi üçün Mükafatın Akademiyası səsverməyə başlayıb. Daxili səsvermə əsasında Akademiyanın nümayəndələri mövcud nominasiyalardan hər biri üçün bir qalib müəyyən edəcəklər.

Nominantlar arasından qaliblər 18 dekabrda mükafatlandırmanın təntənəli mərasiminin gedişatında elan ediləcəklər. Bütün nominantların nümayəndələri mərasimdə iştiraka dəvət ediləcəklər.

Bu il mükafatı dəstəkləyənlər:

Baş partnyor - NAR;

Eksklüziv partnyor - “AzInTelecom”.
Mükafatın rəsmi partnyorları: “SmartHost”, “Savalan” və “Renley”.

“Maliyyə, Bankçılıq və Fintech” nominasiyasının tərəfdaşı “Simbrella”.

Layihənin informasiya partnyorları: Infocity.tech, Technote.az, Oxu.az, Media.az, “Каспий” qəzeti, Baku.TV, Baku.ws, banks.az, Gilavar Foto Klubu, Baku Hit FM, Auto life Radio, Texnogid, Tech.az.

Mükafatla əməkdaşlıq haqqında sualları [email protected] ünvanına göndərə bilərsiniz.

BAKU.WS