Qızılca ilə bağlı XƏBƏRDARLIQ - Bu şəxslər ağır keçirir

08
dek
2023
08:07
"Ağır infeksion xəstəlik olan qızılcanın fəsadları da xeyli ağır olur".
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
O bildirib ki, bəzi şəxslərdə bu xəstəlik ağır fəsadlaşmış şəkildə keçir və hətta ölümlə nəticələnir.
İnfeksionistin sözlərinə görə, qızılcaya yoluxan şəxsin səhhətində paralel şəkildə digər bəzi xəstəliklər də ortaya çıxa bilər. Bu xəstəliyin fəsadlarından ən çox rast gəlinəni isə pnevmaniyalardır.
Təyyar Eyvazov bildirib ki, qızılcaya qarşı spesifik müalicə yoxdur. Bu səbəbdən də ən yaxşı üsul peyvənd vurulmasıdır.
Oxşar xəbərlər
Qızılca xəstəliyinə ikinci dəfə yoluxmaq mümkündür? - AÇIQLAMA - FOTO
Ölkə ərazisini ağuşuna alan qızılca xəstəliyi gündəmin əsas mövzusudur. Təkcə uşaqlar deyil, böyüklər arasında da müşahidə edilən yoluxmalar hər kəsdə təşviş ya...
