SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gündən Bakıda hava pisləşib və tempratur aşağı düşüb. Havanın soyuması ilə istiliyə tələbat da artıb. Buna bazxmayaraq, Binəqədi rayonu, Biləcəri qəsəbəsində mənzillərə verilən istilik sistemi kəsilib.

Bununla bağlı BAKU.WS-in “qaynar xətti”nə sakinlər müraciət ediblər. Bildiriblər ki, bu gün səhər saatlarından evlərə verilən istilik sistemi kəsilib. Sakinlərə qeyri-rəsmi bildiriblər ki, hansısa ərazidə qəza olduğu üçün kəsinti yaranıb. Lakin hələ də qəza aradan qaldırılmayıb və bu axşam da istiliyin veriləcəyi məlum deyil.

Məsələyə rəsmi münasibət öyrənmək üçün "Azəristiliktəchizat" ASC ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Elvin Basqallı BAKU.WS-ə bildirdi ki, məsələ araşdırlandan sonra ətraflı məlumat veriləcək.

Ziya SƏCCAD
BAKU.WS