SİZİN REKLAM BURADA!
055 213 76 73


“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Çinin paytaxtı Pekinə həyata keçirilən uçuşlar üçün xüsusi kampaniyaya start verib.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC məlumat yayıb.

Bildirilib ki, kampaniya çərçivəsində Bakı-Pekin-Bakı marşrutu üzrə aviabiletlərin qiyməti 699 manatdan, Pekin-Bakı-Pekin marşrutu üzrə aviabiletlərin qiyməti isə 455 ABŞ dollarından başlayır.

Bu istiqamətlər üzrə endirimli aviabiletlər hər iki tarix daxil olmaqla 2023-cü ilin noyabrın 30-dan dekabrın 14-dək satışda olacaq.
Bakı və Pekin arasında uçuşlar dekabrın 19-dan etibarən həftədə iki dəfə - çərşənbə axşamı və bazar günləri həyata keçiriləcək.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək olar.

BAKU.WS