AZAL Bakıdan Pekinə uçuşlara başlayır
Azərbaycanın milli aviadaşıyıcısı Bakı-Pekin-Bakı marşrutu üzrə uçuşlara başlayır.
BAKU.WS xəbər verir ki, bu istiqamətdə ilk reys dekabrın 19-na planlaşdırılıb.
Bakıdan Pekinə və əks istiqamətdə uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və bazar günləri yerinə yetiriləcək.
Qeyd edək ki, Çinə hava yolu ilə səyahət etməzdən əvvəl sağlamlıq anketini doldurmaq və əldə olunan QR-kodu mobil cihazda saxlamaq zəruridir. Bu QR-kodun olması həm Bakıda, həm də Pekində uçuşa minmək üçün mütləq şərtdir.
İki paytaxt arasında uçuşların başlanması qərarı səyahətə artan tələbatın ödənilməsi və Azərbaycan və Çin arasında dinamik inkişaf edən əlaqələrin gücləndirilməsi məqsədi daşıyır.
AZAL-ın bu və digər reyslərinə aviabiletləri rəsmi www.azal.az saytından, həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə etmək olar.
Oxşar xəbərlər
AZAL Bakıdan Daşkəndə uçuşlara başlayır
“Azərbaycan Hava Yolları” (AZAL) aprel ayında Heydər Əliyev Beynəlxalq Aeroportundan Özbəkistanın paytaxtına birbaşa uçuşlar yerinə yetirməyə başlayacaq. Bu bar...