Naxçıvanda epidemioloji durum açıqlanıb

Xəstəxanalardan daxil olan gündəlik rəqəmlərə istinadən demək olar ki, Naxçıvanda epidemioloji durumda mövsüm normalarından kənar yoluxma halı qeydə alınmayıb.
"Report"un Naxçıvana ezam olunan əməkdaşı xəbər verir ki, bunu Muxtar Respublikanın səhiyyə nazirinin vəzifəsini icra edən Samiq Sadıxov media nümayəndələri ilə görüşündə deyib.
Onun sözlərinə görə, Naxçıvanda insanlar arasında hər il qeydə alınan rəqəmlərə uyğun xəstəliklər müşahidə olunur.
Xəstəliklər üzrə tibb müəssisələrinə müraciət növlərinə gəlincə, S.Sadıxov vurğulayıb ki, endemik xəstəlik halı mövcud deyil: "Sadəcə Naxçıvanda iqlimlə əlaqəli müraciət sayında müəyyən artım ola bilər. Bu da müəyyən olunan normadan kənara çıxmır".
Oxşar xəbərlər
Naxçıvanın səhiyyə naziri vəzifəsindən azad olunub, nazir əvəzi təyin edilib
Naxçıvanın səhiyyə naziri vəzifəsindən azad olunub. BAKU.WS report-a istinadən xəbər verir ki, Niyazi Hüseynqulu oğlu Novruzov Naxçıvan Muxtar Respublikasının s...
