Siyavuş Novruzov: Hərbçilərin kirayə pulu, minaaxtaranların maaşı artırılmalıdır

Büdcədə Prezidentin Ehtiyat Fondunun artırılmasını təklif edirəm.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Büdcə zərfinin ikinci oxunuşda müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Deputat hərbçilər, müəllimlər və həkimlərlə bağlı problemə də toxunub: “Hərbçilər bir yerdən başqa yerə gedir, onlara kirayə üçün verilən məbləğləri artırılmalıdır. Xarici dillər üzrə müəllimlər də rayonlara gedib dərs keçir, onlara verilən kirayə pulu da artırılmalıdır”.
Siyavuş Novruzov qeyd edib ki, minatəmizləyənlər bilmir səhər çıxanda axşam qayıda biləcəklərmi “Azad olunmuş ərazilərdə minaaxtaranların maaşı artırılmalıdır. Bura FHN-nin minaaxtaranları da aiddir”.
Oxşar xəbərlər
Vasif Talıbov niyə Milli Məclisin iclaslarına gəlmir?
Ötən gün Milli Məclisin 2022-ci il payız sessiyası başa çatdı. BAKU.WS “Unikal”a istinadən xəbər verir ki, bu sessiyada parlamentin 19, ümumilikdə il ərzində 37...
