"ƏDV geri al"ı saxtalaşdıranlarla bağlı YENİ XƏBƏR - VİDEO
19
noy
2023
14:53
ƏDV-ləri geri alarkən diqqətli olun.
Elektron Təhlükəsizlik Xidmətindən bildirilib ki, kiberdələduzlar tərəfindən "əəə.edv-geri.com" adı altında saxta veb-sayt yaradılıb.
Veb-sayt vasitəsilə vətəndaşlardan ilk növbədə FİN-kodlar tələb olunur.
Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri Ləman Hüseynzadə vətəndaşları diqqətli olmağa çağırıb.
Sektor müdiri həmçinin onu da qeyd edib ki, vətəndaşlar belə hallarla rastlaşarsa, o zaman aidiyyatı üzrə müraciət etsinlər.
Oxşar xəbərlər
Mənzil alarkən ƏDV-ni necə almaq olar? - Bütün suallara CAVABLAR - VİDEO
Daşınmaz əmlakın alqı-satqısı zamanı ödənilmiş ƏDV-nin 30 %-nin fiziki şəxslərə geri qaytarılması qaydaları yalnız bina tikintisi fəaliyyəti ilə məşğul olan şəx...