SİZİN REKLAM BURADA!
055 213 76 73


Kartof bir çox yeməyin hazırlanmasında istifadə edilən tərəvəzlərdən biridir. Tərəvəzin tərkibində mühüm amin turşuları, sink, silisium, maqnezium, xrom, kalium, C və B vitaminləri, həmçinin fol turşusu və orqanizm üçün faydalı olan digər maddələr var.

Rusiyanın Volqa bölgəsinin baş həkimi Tatyana Neumolotova hesab edir ki, kartofun bütün faydalarından yalnız düzgün bişirildiyi təqdirdə yaralanmaq mümkündür. Belə ki, uzun müddət yüksək istilikdə bişirilən kartofun bütün faydalı xüsusiyyətləri yox olur, buna görə də onu öz qabığında bişirmək lazımdır.

Həkimin fikrincə, tək kartof yemək yüksək glisemik indeksə görə arzuolunmazdır. Çünki kartof kifayət qədər yüksək kalorilidir.

Ən təhlükəlisi uzun müddət saxlanılan kartofu yeməkdir. Bu zaman tərəvəzdə zəhərlənmə, ürəkbulanma, ishal və qarın ağrısı yarada bilən solanin maddəsi ifraz olunur. 

BAKU.WS