SİZİN REKLAM BURADA!
055 213 76 73


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti noyabrın 28-də və dekabrın 5-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı hərraclar keçirəcək.

BAKU.WS quruma istinadən xəbər verir ki, ilk hərraca 33 avtomobil çıxarılacaq. İstehsal tarixi 1988-2012-ci illər, start qiyməti 3-22 min manat arasında dəyişən avtomobillər Rusiya, Almaniya və Yaponiya istehsalıdır.

Növbəti hərraca isə 43 nəqliyyat vasitəsi çıxarılacaq. Avtomobillərin istehsal tarixi 1985-2013-cü illər arasında, start qiyməti 500-13.500 manat arasında dəyişir.

Beləliklə, ümumilikdə 76 avtomobil hərraca çıxarılacaq. Onların tam siyahısı ilə 


https://clck.ru/35Uotw linki vasitəsilə tanış olmaq olar.

İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 %-i qədər behi ödəyərək iştirakçı statusu almaq olar.

BAKU.WS